Azərbaycan XİN “Evdə Qal Mühazirələrdən Qalma” onlayn görüşlərinin keçirilməsinə davam edir (FOTO)

Azərbaycan XİN “Evdə Qal Mühazirələrdən Qalma” onlayn görüşlərinin keçirilməsinə davam edir (FOTO)

11.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Məlum olduğu kimi, 2020-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda “Könüllülər İli” elan olunub. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Könüllülər İli” çərçivəsində, XİN-in nəzdində fəaliyyət göstərən Diplomatiya Könüllüləri üçün, onların COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə evdə qaldıqları dönəmdə zamanlarını səmərəli keçirmələri məqsədilə “Evdə Qal Mühazirələrdən Qalma” adı altında onlayn görüşlərin keçirilməsinə başlayıb.

Xarici İşlər Nazirliyindən (XİN) Trend-ə verilən məlumata görə, layihə çərçivəsində könüllülərin Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşləri keçirilir və müvafiq mövzular üzrə mühazirələr təşkil olunur.

Bu həftə ərzində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfiri Rəşad Aslanovun könüllülərlə video-konfransları baş tutub və səfirlər Diplomatiya Könüllülərini maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

Görüşlərdə Azərbaycanda dövlət başçısı tərəfindən təşviq olunan könüllülər hərəkatının əhəmiyyətindən və Azərbaycanın xarici siyasətinin prioritetlərindən danışılıb, hər bir səfir tərəfindən akkreditə olunduğu ölkə (və təşkilat) ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin geniş əməkdaşlıq gündəliyi barədə məlumat verilib.

Hazırda Koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələrində sürətlə yayıldığını nəzərə alaraq, pandemiyanın ölkələrin xarici siyasətinə və iqtisadiyyatına mümkün təsirləri görüşlər zamanı geniş müzakirə edilib. Video-konfranslar zamanı, həmçinin COVİD-19 – un ölkəmizdə yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin başçılığı altında Azərbaycan hökuməti tərəfindən aparılan hərtərəfli fəaliyyət xüsusi olaraq vurğulanıb.

Share