Azərbaycan XİN Rusiyada yaşayan azərbaycanlılara müraciət etdi

Azərbaycan XİN Rusiyada yaşayan azərbaycanlılara müraciət etdi

19.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan XİN Rusiyada yaşayan azərbaycanlılara müraciət edib.

Bu barədə Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib.

Məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi müddətində Rusiya Federasiyasında yaşayan vətəndaşlarımızın ölkəyə geri dönüşü ilə bağlı yeni onlayn qeydiyyat portal yaradılıb.

Qeyd edilib ki, Rusiya ərazisində müvəqqəti olan və ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımız www.evegedirem.info internet səhifəsində qeydiyyata düşməklə elektron növbə ardıcıllığına yazılacaq və beləliklə də onların Azərbaycana geri dönüşü prosesinə köməklik göstəriləcək.

Bu ilin 18 aprel tarixindən başlayan qeydiyyat 23 aprel tarixi Moskva vaxtı ilə saat 00.00-dək davam edəcəkdir.

Share