Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunlarının təqvimi açıqlandı
04.03.2020UEFA Millətlər Liqasının təqvimi açıqlanıb.
Day.Az apasport.az-a istinadla xəbər verir ki, Azərbaycan milli komandasının oyunlarının da vaxtı müəyyənləşib.
C liqasında mübarizə aparacaq yığmamız Monteneqro, Kipr və Lüksemburqla birlikdə1-ci qrupda qüvvəsini sınayacaq.
5 sentyabr
18:00. Azərbaycan — Lüksemburq
8 sentyabr
20:45. Kipr — Azərbaycan
9 oktyabr
20:45. Monteneqro — Azərbaycan
12 oktyabr
18:00. Azərbaycan — Kipr
12 noyabr
18:00. Azərbaycan — Monteneqro
15 noyabr
20:45. Lüksemburq — Azərbaycan
Oyunların başlama saatı Mərkəzi Avropa vaxtı ilə göstərilib.