Azərbaycanda əhali arasında gün ərzində 200-250 min maskaya ehtiyac duyulur

Azərbaycanda əhali arasında gün ərzində 200-250 min maskaya ehtiyac duyulur

07.04.2020 Off By admin

[ad_1]

Bakı. Ceyhin Ələkbərov – Trend:

Apardığımız araşdırmalara görə, hazırda Azərbaycanda əhali arasında gün ərzində 200-250 min maskaya ehtiyac duyulur.

Trend-in məlumatına görə, bunu “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva ötən gün Sumqayıtda açılışı olan tibbi maska istehsalı müəssisəsinə press-tur zamanı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müəssisədə tələbata uyğun olaraq istehsalat mexanizmi qurulub: “Gələcəkdə ehtiyac olarsa, maska istehsalı üçün yeni xətlərin qurulmasına qərar verilə bilər”.

S.Babayeva qeyd edib ki, müəssisə koronavirus pandemiyası bitdikdən sonra da fəaliyyət göstərəcək.

Share