Azərbaycanda 18 yaşlı gənc “avtoşluq” edib kameraya çəkdi

07.03.2020 Выкл. Автор admin
Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək, ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb.

Bu barədə Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Oxu.Az-a məlumat verilib.

Bildirilib ki, Kəlbəcər rayon sakini, 18 yaşlı Səfər Mürsəlov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq və avtoxuliqanlıq edərək, etdiyi hərəkətləri videogörüntüyə alıb müxtəlif sosial şəbəkələrdə yerləşdirib.

S.Mürsəlov barəsində Göygöl RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Share