Azərbaycanda adını, ata adını və soyadını dəyişənlərin SAYI açıqlandı

Azərbaycanda adını, ata adını və soyadını dəyişənlərin SAYI açıqlandı

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycanda bu il ərzində 544 nəfər adını, ata adını və ya soyadını dəyişdirib.

Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci ilin yanvar ayında qeydiyyat şöbələrində 176, fevral ayında 214, mart ayında isə 154 adın, ata adının və soyadın dəyişdirilməsi qeydə alınıb.

Qeyd edək ki, 2019-cu ildə qeydiyyat şöbələrində 2 689 adın, ata adının və soyadın dəyişdirilməsi faktı qeydə alınıb və bu proses vətəndaşların istəyinə, ərizəsinə əsasən həyata keçirilib. Cari ilin ötən dövrü ərzində isə 313 nəfər ad, ata adı və soyadın dəyişdirilməsi üçün müraciət edib.

2018-ci ildə ölkədə adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı müraciət edənlərin sayı 2891 nəfər, 2017-ci ildə 3013 nəfər, 2016-cı il ərzində 2967 nəfər, 2015-ci ildə isə 2314 nəfər olub.

Müraciətlərdə vətəndaşlar tərəfindən adların dəyişdirilməsinə əsas səbəblər kimi adın normal səslənməməsi, çətin tələffüz edilməsi, milliyyətə, cinsə uyğun gəlməməsi, mənası və s. göstərilib.

Share