Azərbaycanda avtomobil yollarının yeni dərəcəsi müəyyənləşib

Azərbaycanda avtomobil yollarının yeni dərəcəsi müəyyənləşib

25.07.2019

2:27

Azərbaycanda respublika əhəmiyyətli avtomobil yollarının yeni – I c dərəcəsi müəyyənləşib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərarda müvafiq dəyişiklik edib.

Beləliklə, 4 hərəkət zolağının olacağı I c dərəcəli respublika əhəmiyyətli adi avtomobil yolu üçün hərəkətin hesabi şiddəti sutkada 14 min minik avtomobilindən (7000-dən çox nəqliyat vahidindən çox) çox götürüləcək. Ümumi nəqliyyat axınında yüngül minik avtomobillərinin miqdarı 30 %-dən az olduqda, hesabi hərəkət şiddəti nəqliyyat vahidində qəbul edilir. Yolun dərəcəsi onun yol şəbəkəsindəki əhəmiyyətinə, hesabi hərəkət şiddətinə və sifarişçinin tələbinə əsasən qəbul edilir.

I c dərəcəli dərəcəli yollarda hesabi sürət əsas və  dərə-təpəlik yollarda 100km/saat,  dağlıq ərazilərdə 60 km/saat müəyyənləşib. I c dərəcəli yollarda torpaq yatağının eni 25 metr, hərəkət zolağının eni 3,75 – 3,5 metr, yol çiyninin bərkidilmiş zolağının eni 0,75 -0,5 metr, ayırıcı zolağın eni 4 metr, dayanma zolağının eni 2,5 metr, yol çiyninin eni 3,75 metr,  ayırıcı zolaqda bərkidilmiş zolağın eni 1 metr olacaq.

I dərəcəli yollarda ayırıcı zolağın eni texniki-iqtisadi əsaslandırmalara və qüvvədə olan normativ texniki sənədlərin tələblərinə əsasən müəyyən edillir. Yeni tikilən avtomobil yollarının layihələndirilməsində perspektiv müddət üçün yenidənqurma işlərinin rahatlığının və keyfiyyətinin təmin edilməsi məqsədilə (hərəkət zolaqlarının sayının artırılması üçün) ayırıcı zolaqların eni müəyyənləşdiriləndən 7,5 metr artırıla bilər. Bu halda ayırıcı zolaqların eni Ic dərəcəli yollar üçün -11,5 metrdən az olmayaraq qəbul edilməlidir. Dərə-təpəlik ərazilərdə Ic dərəcəli yolların layihələndirilməsi zamanı (hesabi sürət 100 km/saatdan artıq olmadığı halda) yolun çiyinlərində bərkidici zolağın eni 0,5 metr qəbul edilə bilər.

Ramiz Mikayıloğlu

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email