Azərbaycanda bir həftə ərzində 95 minə yaxın ağac əkilib
08.03.2020Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublikanın bütün rayonlarında “Təbiət könüllüsü, yaz əkininə sən də qoşul” devizi altında yaz ağacəkmə aksiyaları davam etdirilir.
APA-nın məlumatına görə, ETSN-nin mətbuat katibi İradə İbrahimova jurnalistlərə açıqlamasında deyib ki, bir həftə ərzində respublika üzrə ümumilikdə 80 hektar ərazidə 94 620 ədəd müxtəlif meyvə və meşə cinsli ağac əkilib.
Eyni zamanda 4 349 hektar seyrək ərazidə isə bərpa işləri aparılaraq 113 mindən çox müxtəlif cinsli ağac və kol bitkiləri salınıb. Ağac əkilən sahələrin böyük hissəsinə damcılı suvarma sistemi çəkilib.