Azərbaycanda bu il 4 yeni DOST mərkəzi açılacaq

Azərbaycanda bu il 4 yeni DOST mərkəzi açılacaq

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu il Azərbaycanda əlavə 7 DOST mərkəzin tikilməsi üzərində iş aparılır. Onların dördünün bu il açılması nəzərdə tutulurdu və biri artıq hazırdır.

APA-nın məlumatına görə, bunu Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevlə video-bağlantı formatında keçirilən iclas zamanı deyib.

“Bu, Nizami, Suraxanı və Sabunçu rayonlarını əhatə edən 3 saylı DOST mərkəzidir. Biz onu açılış üçün tam şəkildə hazırlamışıq, xüsusi karantin rejimi bitən kimi fəaliyyətə başlayacaq. Həmin mərkəzimiz gündəlik əsasda təqribən 700 insan qəbul edə biləcək və ən həssas kateqoriyadan olan insanlarımıza dəstək verəcək. Digər mərkəzlərimiz Sumqayıt şəhərində, Abşeron, Bərdə, Quba və Şəki rayonlarında planlaşdırılır. Onların da hər birinin üzərində müvafiq işlər aparılır”, – deyə nazir bildirib.

Share