Azərbaycanda bu il özəl sektorun ixracı 1,5 mlrd. dolları ötüb

Azərbaycanda bu il özəl sektorun ixracı 1,5 mlrd. dolları ötüb

23.04.2020 Выкл. Автор admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu ilin yanvar-mart aylarında Azərbaycanda özəl sektor tərəfindən 1 532 920,4 min ABŞ dolları həcmində ixrac əməliyyatları həyata keçirilib.

«APA-Economics»in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, özəl sektorun ixrac əməliyyatlarının dəyəri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,8% artıb.

Beləliklə, bu ilin birinci rübündə ölkə üzrə cəmi ixracın 36,4%-ni özəl sektor əhatə edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,5% bəndi çoxdur.

Həmçinin, hesabat dövründə özəl sektor tərəfindən idxal illik 3% artaraq, bu ilin birinci rübündə 1 826 754,11 min dollara yüksəlib. Ölkə üzrə cəmi idxalda özəl sektorun payı isə 2019-cu ildəki 56,6%-dən ötən il 69,3%-ə çatıb.