Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 50% artıb

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 50% artıb

18.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-mart ayları ərzində 3,6 milyon ton yük daşınıb, bu da 2019-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6% çoxdur.  

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövrü dəmir yolu nəqliyyatı ilə 1077,0 min sərnişin daşınıb, bu da illik meqayisədə  50,1% artım deməkdir.

Məlumata əsasən, ötən dövr orta hesabla sutkada 221 vaqon yüklənilib, 352 vaqon isə boşaldılıb.

“Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 10,3 min ton, Qərb istiqaməti üzrə 2,1 min ton, Cənub istiqaməti üzrə isə 0,5 min ton yüklənmə işi yerinə yetirilib”, – məlumatda qeyd edilir.

Share