Azərbaycanda daha 50 koronavirusa yoluxma qeydə alındı, 39 nəfər sağaldı, 1 nəfər vəfat etdi – Operativ Qərargah

Azərbaycanda daha 50 koronavirusa yoluxma qeydə alındı, 39 nəfər sağaldı, 1 nəfər vəfat etdi – Operativ Qərargah

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan Respublikasında 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 289 nəfəri müalicə olunaraq sağalıb, 12 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2373 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Share