Azərbaycanda işsizlikdən sığorta mexanizminin daha da sadələşdirilməsi nəzərdə tutulur

Azərbaycanda işsizlikdən sığorta mexanizminin daha da sadələşdirilməsi nəzərdə tutulur

07.04.2020 Off By admin

[ad_1]

Bakı. İlhamə İsabalayeva – Trend:

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda iş yerlərində hər hansı ixtisarlara yol verilmir, həyati vacib orqanlarda minimal sayda işçi işə cəlb edilir.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, son 10 gündə əmək müqavilələrinin sayında azalma deyil, əksinə ciddi artımlar baş verib:

“Burada sahibkarlar dövlətin göstərdiyi dəstəkdən faydalanaraq ixtisarlara yol verməməlidirlər. Ləğv edilən hər bir əmək müqaviləsi üzrə səbəblər müəyyən edilir. Sahibkarlara o halda dövlət dəstəyi veriləcək ki, işçilərin ixtisarlarına yol verilməsin. Hazırda qeyri-neft sektorunda 690 min nəfər işçinin əmək müqaviləsi var”.

Nazir, həmçinin qeyd edib ki, Azərbaycanda işsizlikdən sığorta mexanizminin daha da sadələşdirilməsi nəzərdə tutulur:

“Əvvəllər vətəndaş öz ərizəsi və ya müqaviləsi bitdikdə işdən çıxdıqda ona işsizlikdən sığorta vəsaiti verilmirdi. Lakin indi müqaviləsi bitən şəxslərə də işsizlikdən sığorta mexanizmi şamil ediləcək. Ən azı 20 min şəxs bu mexanizmlə əhatə olunacaq”.

Share