Azərbaycanda koronavirusa görə bu küçəyə giriş-çıxış məhdudlaşdırıldı

Azərbaycanda koronavirusa görə bu küçəyə giriş-çıxış məhdudlaşdırıldı

19.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Daxili İşlər Nazirliyi (DİN) Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçəyə giriş-çıxışın məhdudlaşdırılmasına aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Qaraçılar məhəlləsi”nə giriş-çıxış bir neçə gündür məhdudlaşdırılıb:

“Yevlaxda 80 nəfər koronavirusa yoluxub. Onlardan 53 nəfəri həmin məhəllənin sakinləridir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) həmin küçədə yaşayan sakinlərdən yaxma götürüb. Testin cavabları çıxana kimi məhəlləyə giriş-çıxış məhdudiyyəti davam edəcək”.

Qeyd edək ki, Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçədə yaşayan sakinlər xüsusi karantin rejimi qaydalarını pozaraq, məhəllədən çıxmaq üçün etiraz aksiyası keçirməyə cəhd göstərib.

Share