Azərbaycanda maskaların pulsuz paylanması gündəmdə deyil

Azərbaycanda maskaların pulsuz paylanması gündəmdə deyil

08.04.2020 Off By admin

[ad_1]

Bakı. Samir Əli – Trend:

Ölkədə vətəndaşlara pulsuz maska paylanması məsələsi gündəmdə deyil.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, həkim və xəstələrə, polis və gömrük orqanları əməkdaşlarına maska pulsuz paylanılır:

“Bazarda maska o qədər baha deyil. Əgər ehtiyac yaranarsa, dövlətin məqsədi ölkənin təhlükəsizliyi üçündür. Azərbaycanda maskalar o qədər baha qiymətə satılmır, əlçatandır. Bir az qıtlıq yaranmışdı, o da maska istehsal edən fabrik açılandan sonra aradan qalxır. Ehtiyac olarsa, dövlət bütün resurslarından istifadə edəcək”.

Share