Azərbaycanda qeydiyyatda olan turizm bələdçiləri dövlətdən yardım alacaqlar

Azərbaycanda qeydiyyatda olan turizm bələdçiləri dövlətdən yardım alacaqlar

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycanda VÖEN-lə qeydiyyatda olan turizm bələdçiləri dövlət tərəfindən birbaşa maliyyə yardımı ala biləcəklər.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov deyib.

Onun sözlərinə görə, bələdçilərin müəyyən hissəsi VÖEN qeydiyyatındadır:

“Ancaq VÖEN qeydiyyatında olmayan bələdçilər də var və onların məsələsi bir qədər problemlidir. Dövlət Turizm Agentliyi Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası ilə birlikdə bu kateqoriyadan olan bələdçilərin də sosial vəziyyətinin yaxşılaşdırılması üçün sənəd hazırlamaq istəyir. Bunun mexanizmi hazırlanır”.

M.Muradov əlavə ki, koronavirus pandemiyasından zərər çəkən sahibkar 2019-cu ildə dövlətə ödədiyi vergi qədər maliyyə yardımı alacaq. Dövlətin maliyyə yardımı maksimal 5000 manat olacaq.

Share