Azərbaycanda son sutkada 25 nəfər koronavirusa yoluxub, 122 nəfər sağalıb, 1 nəfər ölüb

Azərbaycanda son sutkada 25 nəfər koronavirusa yoluxub, 122 nəfər sağalıb, 1 nəfər ölüb

19.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Azərbaycan Respublikasında 25 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 122 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb”.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, ürəyin işemik xəstəliyi,  arterial hipertenziya, postinfarkt kardiosklerozu  olan  1940-cı il təvəllüdlü vətəndaş vəfat edib.

Məlumatda bildirilir ki, hazırkı dövrədək ölkəmizdə 1398 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 712 nəfər müalicə olunaraq sağalmış, 19 nəfər vəfat etmiş, 667 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 95.747 test aparılıb.

 

 

 

 

 

 

 

 

 

Share