Azərbaycanın ABŞ-la ticarət dövriyyəsinin həcmi 65% artıb

Azərbaycanın ABŞ-la ticarət dövriyyəsinin həcmi 65% artıb

19.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ABŞ ilə apardığı ticarət mübadiləsinin həcmi 330 213,3 min dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 64,9% çoxdur.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2020-ci ilin ilk dörd ayında Azərbaycandan ABŞ-a ixracın həcmi 6 528,1 min dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 390,2 min dollar və ya 5,6% azdır.

İdxalın həcmi isə 323 685,3 min dollara bərabər olub ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 130 368,5 min dollar və ya 67,4% artıb.

Nəticədə, hesabat dövründə 317 157,2 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu da illik müqayisədə 130 758,7 min dollar və ya 70,1% dəfə çoxdur.

Share