Azərbaycanın AİB qarşısında öhdəlikləri açıqlanıb

Azərbaycanın AİB qarşısında öhdəlikləri açıqlanıb

18.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

2020-ci ilin əvvəlinə Azərbaycanın Asiya İnkişaf Bankı (AİB) qarşısında öhdəlikləri 251,5 mln. ABŞ dolları təşkil edib.

APA-Economics”in bankın 2019-cu il üzrə illik hesabatına istinadən verdiyi məlumata görə, öhdəliklərin 250 mln. dolları AİB-in Azərbaycana ayrılan “İdarəçiliyin təkmilləşdirilməsi və səmərəli dövlət sektoru proqramının – Alt proqram 2” (“Improving Governance and Public Sector Efficiency Program, Subprogram 2”) payına, 1,5 mln. dolları isə texniki yardımın payına düşüb.

Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 5,1 mlrd. həcmində vəsait ayırıb.

Share