Azərbaycanın KİV nümayəndələri Həştərxanda ümummilli lider Heydər Əliyevin abidəsinə gül çələngi qoyub

Azərbaycanın KİV nümayəndələri Həştərxanda ümummilli lider Heydər Əliyevin abidəsinə gül çələngi qoyub

09.09.2021 Off By admin

Xəzər mediaforumunda iştirak etmək üçün Rusiyanın Həştərxan şəhərinə gəlmiş Azərbaycanın aparıcı KİV-lərinin nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsinə gül çələngi qoyublar.

Mərasimdə Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, “Baku Network” analitika mərkəzinin rəhbəri Gülnarə Məmmədzadə, Həştərxan vilayətinin Beynəlxalq Əlaqələr Agentliyinin nümayəndələri, eləcə də Azərbaycan və Rusiyanın müxtəlif diplomatik, media və dövlət strukturlarının nümayəndələri iştirak edib.

Qeyd edək ki, sentyabrın 10-11-də Həştərxanda 6-cı Xəzər mediaforumu keçiriləcək. Forum zamanı regional və beynəlxalq jurnalistikanın yeni inkişaf vektorları, Xəzər regionu ölkələrinin vahid informasiya məkanının yaradılması müzakirə olunacaq.

Tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Türkmənistan və Özbəkistandan KİV nümayəndələri, politoloqlar, ekspertlər və analitiklər iştirak edəcək.

Forumun təşkilatçıları Həştərxan vilayəti hökuməti, “Xəzər-Avrasiya” beynəlxalq və ictimai-siyasi tədqiqatlar Mərkəzi” Assosisiyası, “Şimal-Cənub” politologiya mərkəzidir.

 “HAKİMİYYET.com”

Share
AzerbaijaniTurkishRussianUkrainianEnglishGermanFrenchArabicGeorgianPersianChinese (Simplified)