Azərbaycanın Cəmmu və Kəşmir məsələsində BMT-nin müvafiq qətnamələrini dəstəkləyir

Azərbaycanın Cəmmu və Kəşmir məsələsində BMT-nin müvafiq qətnamələrini dəstəkləyir

15.08.2019

22:02

Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır.

Bu sözləri “Cəmmu və Kəşmirdə baş verən hadisələrlə əlaqədar Azərbaycanın mövqeyi” barədə sualı cavablandıran Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

L.Abdullayeva vurğulayıb ki, Azərbaycan Cəmmu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həllini dəstəkləyir.

Qeyd edək ki, Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə Kontakt qrupun üzvüdür. Bu günlərdə İƏT-in Ciddədə mənzil-qərargahında Cəmmu və Kəşmir üzrə Kontakt qrupun iclası keçirilib.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email