Azərbaycanın coğrafi obyekt adları tədqiq olunur

Azərbaycanın coğrafi obyekt adları tədqiq olunur

27.08.2019

19:25

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanın coğrafi obyekt adları tədqiq olunur.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ilkin mərhələdə Aran zonasının – Sabirabad, Salyan, Saatlı, Neftçala rayonlarının toponimləri tədqiq edilib. Ərazi üzrə 200 toponim qeydə alınıb. Onlar növünə görə oykonimlər, hidronimlər, az miqdarda oronimlər və s. toponimlərdən ibarətdir.

Rayon toponimiyasının tərkibində oykonimlər üstünlük təşkil edir. Bunun başlıca səbəbi ərazinin coğrafi şəraiti və relyef xüsusiyyətləri ilə bağlıdır. Burada düzənlik və dəniz səviyyəsindən aşağı olan sahələr geniş yer tutduğu üçün ərazidə tayfa, nəsil, tirə və şəxs adını əks etdirən oykonimlər geniş yayılıb.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email