Azərbaycanın ekoloji geomorfologiyası üzrə araşdırmalar aparılır

09.01.2020 Выкл. Автор admin

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Azərbaycanın ekoloji geomorfologiyası” mövzusu üzrə araşdırmalar aparılır.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ilkin mərhələdə Böyük Qafqazın ekoloji geomorfologiyası tədqiq edilib. Bu məqsədlə Böyük Qafqazın cənub yamacında və şimal-şərq yamacında çöl tədqiqatları aparılıb. Araşdırmalar Böyük və Kiçik Qafqaz, Kür dağarası çökəkliyi, Talış və Naxçıvan bölgələri üzrə yerinə yetirilib.