Azərbaycanın Gürcüstandakı səfirliyi Marneuliyə humanitar yük çatdırıb

Azərbaycanın Gürcüstandakı səfirliyi Marneuliyə humanitar yük çatdırıb

10.04.2020 Off By admin

Bakı. Tamilla Məmmədova – Trend:

Azərbaycanın Gürcüstandakı səfirliyi Marneuliyə humanitar yük çatdırıb.

Trend-in məlumatına görə, Bolnisi və Marneulidə ehtiyacı olan ailələrə 600 bağlama humanitar yardım veriləcək.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bildirib ki, bu aksiya iki ölkə arasında dostluq naminə həyata keçirilir:

“Biz xeyriyyə aksiyasını Azərbaycan prezidentinin təşəbbüsü ilə keçiririk. Aksiya dünən başlayıb. Bu gün biz Marneulidəyik. Bu aksiya, həmçinin Rustavi, Qardabani, Kaxeti, Tbilisi və Şida-Kartlidə də keçiriləcək. Bizim bir məqsədimiz var: koronavirusla bütün gücümüzlə mübarizə aparmaq. Mən əminəm ki, bu, tezliklə başa çatacaq. Gürcüstan hökuməti bunun üçün bütün səyləri göstərəcək”.

Share