Azərbaycanın hərbi təyyarəsi qəzaya uğradı – Xəzərə düşdü

Azərbaycanın hərbi təyyarəsi qəzaya uğradı – Xəzərə düşdü

25.07.2019

10:52

İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ilkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email