Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin müsbət saldosu 24% artıb
19.03.2020Bu ilin yanvar-fevral aylarında Azərbaycanın İtaliya ilə apardığı ticarət mübadiləsinin həcmi 1,576 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,1% çoxdur.
«APA-Economics»in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk iki ayında Azərbaycandan İtaliyaya ixracın həcmi 1,493 mlrd. dollar təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 0,305 mlrd. dollar və ya 25,7% çoxdur. İdxalın həcmi isə 83,055 mln. dollara bərabər olub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30,832 mln. dollar və ya 59% çoxdur.
Nəticədə, hesabat dövründə 1,410 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 24,2% çoxdur.