Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin müsbət saldosu 30% artıb

Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin müsbət saldosu 30% artıb

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu ilin yanvar-mart aylarında Azərbaycanın İtaliya ilə apardığı ticarət mübadiləsinin həcmi 1,948 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,7% çoxdur.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk üç ayında Azərbaycandan İtaliyaya ixracın həcmi 1,828 mlrd. dollar təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 0,430 mlrd. dollar və ya 30,7% çoxdur. İdxalın həcmi isə 119,4 mln. dollara bərabər olub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 38,8 mln. dollar və ya 48,1% çoxdur.

Nəticədə, hesabat dövründə 1,709 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 29,7% çoxdur.

Share