Azərbaycanın Rusiyadakı Səfirliyi koronavirusla bağlı çağırış edib

Azərbaycanın Rusiyadakı Səfirliyi koronavirusla bağlı çağırış edib

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycanın Rusiyadakı Səfirliyi koronavirusla bağlı çağırış edib.

Səfirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, çağırışda deyilir: “Məlum olduğu kimi, yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə göstərilən səylər çərçivəsində Azərbaycan və Rusiya arasında dövlət sərhədi müvəqqəti olaraq bağlanmışdır. Azərbaycan Respublikasının bir sıra vətəndaşları müxtəlif səbəblərdən ölkəni tərk edə bilməmiş və məcburən Rusiya Federasiyası ərazisində qalmışlar.

Ölkə daxilində tətbiq edilən ciddi karantin tədbirləri səbəbindən onların bir çoxu çətin vəziyyətə düşmüş, praktiki olaraq hər hansı gəlirdən məhrum olmuş, sağlamlıqları ilə bağlı problemlərlə üzləşmiş, bəziləri isə xəstəxanaya yerləşdirilmiş və ya özünütəcrid rejimindədirlər. Çox təəssüf ki, onların sırasında yaşayış və gündəlik qida xərclərini ödəmək iqtidarında olmayan şəxslər də var.

Ölkəmizin məsul vəzifəli şəxsləri və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahla daimi əlaqə saxlayan Səfirlik Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi və digər rəsmi qurumları ilə koordinasiya edilmiş şəkildə öz diplomatik səlahiyyətləri və məhdud imkanları çərçivəsində vətəndaşlarımızın vəziyyətinin yüngülləşdirilməsi üçün mümkün olan köməkliyi göstərməyə və lazımi tədbirlər görməyə davam edir. Səfirlik yüksək hazırlıq rejiminə keçmişdir və 24 saat fəaliyyət göstərən qaynar xətt yaradılmışdır. Gərgin iş nəticəsində qısa zaman ərzində iki mindən artıq vətəndaşımızın vətənə qayıtması təmin edilmişdir.

Səfirliklə əlaqələndirilmiş şəkildə və ya fərdi qaydada ehtiyacı olan Azərbaycan vətəndaşlarına hər hansı bir köməklik göstərən bütün şəxslərə öz dərin minnətdarlığımızı bildirir və bu cür addımları yüksək qiymətləndiririk.

Share