Azərbaycanın startap şirkəti sosial məsafəni qoruyan cihaz hazırlayıb

Azərbaycanın startap şirkəti sosial məsafəni qoruyan cihaz hazırlayıb

18.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycanın “Sumaks” startap şirkəti sosial məsafəni qoruyan cihaz təqdim edib.

Bunu “APA-Economics”ə şirkətin icraçı direktoru Cavid Məmmədov deyib.

Onun sözlərinə görə, cihaz dövlət qurumlarında, iaşə obyektlərində, zavodlarda və s. qurumlarda çalışan işçilər üçün nəzərdə tutulur.

“Ölkədə yüngülləşdirilən karantin rejimi səbəbindən iş yerlərində insanların sosial təmasda olması halları çoxalır. Xüsusi sensorlarla təchiz olunan cihaz, təyin olunan 2 metr sosial məsafə pozulduqda davamlı olaraq siqnal verir. Yaxın zamanda bu cihaz müxtəlif iş yerlərinə təklif olunacaq”, – deyə C. Məmmədov qeyd edib.

Share