Azərbaycanın U-17 millisi Ukraynadakı beynəlxalq turnirdə ikinci oyununu keçirib

Azərbaycanın U-17 millisi Ukraynadakı beynəlxalq turnirdə ikinci oyununu keçirib

28.08.2019

10:18

Kiyevdə təşkil olunan Viktor Bannikov beynəlxalq turnirində çıxış edən Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandası avqustun 27-də ikinci oyununu keçirib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Ukrayna komandası ilə qarşılaşan millimiz rəqibinə 2:4 hesabı ilə məğlub olub.

Yığmamızın heyətində Musa Musazadə və Mirmövsüm Canıyev fərqlənib.

Qeyd edək ki, millimiz ilk oyunda İsrail seçməsinə 0:6 hesabı ilə uduzub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email