Azərbaycanın U-21 komandası Fransa millisinin qonağı olacaq

Azərbaycanın U-21 komandası Fransa millisinin qonağı olacaq

10.10.2019

15:48

Iyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün Fransa-Azərbaycan oyunu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, portuqaliyalı hakimlər briqadasının idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

“Stade de l’Epopee”də keçiriləcək oyunun baş hakimi Antonio Emanuel Carvalho Nobre olacaq. Ona həmyerliləri Nuno Pereira və Bruno Alves Jesus kömək edəcəklər. Dördüncü hakim funksiyasını Helder Malheiro yerinə yetirəcək.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email