Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsinin mənfi saldosu 8 dəfə azalıb

Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsinin mənfi saldosu 8 dəfə azalıb

23.04.2020 Выкл. Автор admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın Ukrayna ilə apardığı ticarət mübadiləsinin həcmi 196 514,05 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 54 138,3 min dollar və ya 38% çoxdur.

«APA-Economics»in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycandan Ukraynaya ixracın həcmi 94 999,9 min dollar təşkil edib. Bu göstərici 2019-cu ilin analoji ayları ilə müqayisədə 49 514,9 min dollar və ya 2,1 dəfə çoxalıb. İdxalın həcmi isə 101 514,1 min dollara bərabər olub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4 623,4 min dollar və ya 4,8% artıb.

Nəticədə, hesabat dövründə 6 514,2 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 44 891,5 min dollar və ya 7,9 dəfə azdır.