Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi iki dəfə azalıb

07.03.2020 Выкл. Автор admin

Bu ilin yanvar ayında Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə apardığı ticarət mübadiləsinin həcmi 30 372,45 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 2,2 dəfə azdır.

«APA-Economics»in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, 2020-ci ilin yanvar ayında Azərbaycandan ABŞ-a ixracın həcmi 824,5 min dollar təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 3,2 dəfə azdır. İdxalın həcmi isə cari ilin yanvar ayında 29 547,95 min dollara bərabər olub. Bu göstərici 2019-cu ilin yanvar ayı ilə müqayisədə 2,2 dəfə azdır.

Nəticədə, hesabat ayında 28 723,45 min dollarlıq mənfi saldo yaranıb.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanın cəmi ixracının 0,04%-i, ölkəyə idxalın isə 4,1%-i məhz ABŞ-la ticarət əməliyyatlarının payına düşüb.

Share