Azərbaycanlı alim Rusiyada keçiriləcək beynəlxalq konfransa dəvət alıb

07.03.2020 Выкл. Автор admin

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev Rusiya Federasiyasında keçiriləcək beynəlxalq konfransa dəvət alıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi ekoloji konfrans martın 24-dən 26-dək Rusiyanın aparıcı ali aqrar təhsil müəssisələrindən biri olan Kuban Dövlət Aqrar Universitetində keçiriləcək. Beynəlxalq konfrans “Aqrar landşaftların, onların davamlılığı və inkişaf xüsusiyyətləri” mövzusuna həsr olunacaq.

Share