“Azərişıq” Bakı əhalisinin Qurban bayramını böyük fəxarətlə “təbrik” etməyə çalışıb!

“Azərişıq” Bakı əhalisinin Qurban bayramını böyük fəxarətlə “təbrik” etməyə çalışıb!

13.08.2019

12:48

Qurban bayramı günü bəzi nazirlik və idarələr kimi “Azərişıq” ASC-də “güncləndirilmiş” rejimdə işləmişdir. Belə ki, Binəqədi Enerji Satış İdarəsinin əməkdaşları abonentlərin mənzillərini əllərində kəlbətinlə qəziərək, sakinlərin işığını kəsməyə çalışıblar. Kimin borcu varsa, bayram gününə baxmayaraq işığın kəsiləcəyini bildiriblər. İdarənin Rafiq Mustafayev və Taleh İsmayılov adlı əməkdaşları hətta bəzi sakinlərə, “əgər qurban əti almağa pulunuz varsa, elə bu dəqiqə işığa olan borcunuzu da ödəyin!”, tələbiylə sakinlərə çox narahat anlar yaşatmışlar. Onlar bu barədə ölkə rəhbərliyinin xüsusi tapşırığı olduğunu bildirdiriblər. Redaksiya sakinlərinin narazılığını “Azərişıq” ASC-nin Binəqədi Enerji Satış İdarəsinin çoxlu sayda mənasız yerə saxlanılan şəhər telefonlarına zəng vurub bildirmək istəsə də, zənglərə qətiyyən cavab verən olmayıb.

Hesab edirik ki, “Azərişıq” ASC-nin Binəqədi Enerji Satış İdarəsinin bu əməkdaşları ölkədə təxribat, sabotaj xarakterli hərəkətlər edir. Yəqin ki, bu haqda “Azərişıq” ASC-nin şərhi olacaq.

Qeyd edək ki, bu əməkdaşlar qanuna zidd olaraq işıq pulunun onlara nağd şəkildə verilməsi tələbi də ediblər.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email