“Azərkosmos” məktəblilər və tələbələr üçün vebinarlara start verdi (FOTO)

“Azərkosmos” məktəblilər və tələbələr üçün vebinarlara start verdi (FOTO)

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Azərkosmos” koronavirus pandemiyasının davam etdiyi müddətdə “Evdə qal, elmdən və təhsildən qalma!” adlı təşəbbüsü ilə kosmosu və digər aktual mövzuları əhatə edən vebinarlara start verib.

Trend-in məlumatına görə, vebinarlar pandemiya ilə əlaqədar məktəbli və tələbələrin evdə qaldıqları müddət ərzində vaxtlarını səmərəli və faydalı keçirmələri üçün “Azərkosmos”un heyəti tərəfindən təqdim olunur.

Bu gündən etibarən başlayan “Peyklərin növləri və xüsusiyyətləri, Peyk altsistemləri” mövzusundakı ilk vebinar interaktiv formada keçib.

Növbəti günlərdə “Azərkosmos” tərəfindən təqdim olunacaq vebinarlar aşağıdakı mövzuları və auditoriyanı əhatə edəcək:

Qeyd edək ki, siyahıda qeyd edilmiş vebinarlar barədə “Azərkosmos”un FacebookLinkedin səhifələrində əvvəlcədən elan olunacaq. Bütün vebinarlar Azərbaycan dilində Zoom platforması üzərindən keçiriləcək.

Share