«Azərpoçt»un filial və şöbələrində dezinfeksiya işləri aparılır

08.03.2020 Выкл. Автор admin

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC tərəfindən Poçt Daşıma, “Şəbəkə” xidmət mərkəzləri, Poçt filial  və  şöbələrində dezinfeksiya işləri aparılır.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Poçt Daşıma Mərkəzi, “Azərekspresspoçt” Rabitə Müəssisəsi, Astara, Biləsuvar, Qazax, Balakən, Xaçmaz, Qusar, Ağstafa poçt  filialları antiseptik məhlullar və lazımi profilaktik vasitələrlə (maska, əlcək, spirt) təmin olunur. 

Əhali ilə birbaşa təmasda olan əməkdaşlarla Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun olaraq koronavirusla bağlı maarifləndirmə işləri aparılır.

Share