Azay Quliyev: Hazırkı dövrdə marginalların belə təxribat törətməsi dövlətə və millətə qarşı xəyanətdir

Azay Quliyev: Hazırkı dövrdə marginalların belə təxribat törətməsi dövlətə və millətə qarşı xəyanətdir

11.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin mərkəzi icra hakimiyyəti orqanlarının yanında fəaliyyət göstərən İctimai Şuraların rəhbərləri və üzvləri ilə onlayn görüşü keçirilib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Azay Quliyev bildirib.

O bildirib ki, görüşdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində olan KOBİA, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən İctimai Şura sədrləri və üzvləri iştirak edib:

“Üç saatdan çox davam edən iclasda koronavirus (COVİD-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinin artırılmasında İctimai Şuraların rolu geniş müzakirə edilib”.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi çevik və təsirli tədbirlərin sayəsində Azərbaycanın COVİD-19 pandemiyasına qarşı effektiv mübarizə aparıldığını və vəziyyətin tamamilə nəzarət altında olduğunu deyib.

Share