Azİİ Elektron Kitab Evinin bazası yeni nəşrlərlə zənginləşir

08.02.2020 Off By admin

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evinin bazasına etibarlı tərəfdaş və böyük neft-qaz layihələrinin əməliyyatçısı olan BP şirkətinin dəstəyi ilə “TEASS PRESS” nəşriyyatında çap olunmuş kitablar daxil edilib.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, kitab evinə “İdarəetmənin əsasları”, “Keys Menecment”, “Siyasət elminə giriş” kitablarından 260 nüsxə hədiyyə olunub.

Yeni nəşrlər elektron sistemə daxil edilib və oxucuların istifadəsindədir. Kitabların Azərbaycan dilinə tərcüməsi və nəşri BP-nin ölkədə təhsilin inkişafına verdiyi dəstəyin bir hissəsidir.

Share