Bəzi məhsullar gömrük rüsumundan azad edildi

Bəzi məhsullar gömrük rüsumundan azad edildi

06.04.2021 Выкл. Автор admin

Azərbaycana gətirilən işlənməmış və ya yarımişlənmiş, yaxud toz şəkildə gümüş (qızıldan və ya platindən qalvanik örtüklü gümüş daxil olmaqla), işlənməmiş və ya yarımişlənmiş, və ya toz şəklində qızıl (platindən qalvanik örtüklü qızıl daxil olmaqla), işlənməmiş və ya yarımişlənmiş, və ya toz şəklində platin 15 faiz idxal gömrük rüsumundan azad edilib.

«Hakimiyyet.com» xəbər veri ki, Nazirlər Kabineti bununla bağlı  «Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Eyni zamanda zərgərlik məmulatlarının qalvanik örtüyü olan və ya olmayan qiymətli metallardan, üzərinə qiymətli metallar çəkilmiş və ya çəkilməmiş qiymətli metallardan olan hissələri, qızıl və ya gümüş ustalarının məmulatları və onların qiymətli metallardan və ya üzərinə qiymətli metallar çəkilmiş metallardan hissələri, eyni zamanda rəsmi ödəniş vasitəsi olmayan sikkələr (qızıldan başqa) istisna ilə digər sikkələr 15 faiz idxal gömrük rüsumundan azad olunub.

Füzuli Əfqanoğlu

 

Share