Bakıətrafı qəsəbələr üzrə fəaliyyət göstərən sərnişin avtobusları dezinfeksiya edilib – FOTO

Bakıətrafı qəsəbələr üzrə fəaliyyət göstərən sərnişin avtobusları dezinfeksiya edilib – FOTO

20.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

Bakıətrafı qəsəbələr üzrə fəaliyyət göstərən sərnişin avtobuslarında dezinfeksiya tədbirləri həyata keçirilib. 

Bununla yanaşı, sürücü kabinəsi olmayan avtobuslarda şəffaf arakəsmələr yaradılıb.

BNA-nın rəsmisi Mais Ağayevin APA-ya verdiyi məlumata görə, artıq sərnişindaşımalara cəlb edilən 2100-dən artıq avtobusda dezinfeksiya işləri həyata  keçirilib. 

Bildirilib ki, 91 və 92 nömrəli avtobuslarda istehsalçı tərəfindən quraşdırılan kabinələr mövcuddur. Digər avtobuslarda da arakəsmələrin quraşdırılması üçün iş aparılır.

Bununla yanaşı, 91 və 92 nömrəli marşrut xəttinə məxsus istehsalat bazasında 28 avtobus hər gün axşam saat 21:00-dan sonra yuyularaq dezinfeksiya edilir.

Qeyd edək ki, paytaxtda yerləşən 820-dən artıq avtobus xəttə yuyulduqdan sonra buraxılır.

 

Share