Bakı Musiqi Akademiyasında Soltan və İsmayıl Hacıbəyovların əsərləri ifa olunacaq

Bakı Musiqi Akademiyasında Soltan və İsmayıl Hacıbəyovların əsərləri ifa olunacaq

03.08.2019

10:31

Sentyabrın 19-da Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Soltan və İsmayıl Hacıbəyovlara ithaf” adlı konsert proqramı təqdim olunacaq.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konsertdə gənc dirijor Orxan Həşimov, Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Fortepiano Triosu, Xalq artistləri Ülviyyə Hacıbəyova (piano), Yeganə Axundova (piano) və Gülnaz İsmayılova (vokal), Səidə Tağızadə (piano), Nəzakət Rimazi (piano), Fəridə Məmmədova (vokal), Elnarə Kəbirlinskaya (piano), Tatyana Qarayusifli (piano) , Aytac Rzaquliyeva (piano) tərəfindən hər iki bəstəkarın əsərləri ifa olunacaq.

Qeyd edək ki, konsert proqramı Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email