Bakı Nəqliyyat Agentliyi Sabunçuda baş verən hadisə barədə məlumat yayıb

Bakı Nəqliyyat Agentliyi Sabunçuda baş verən hadisə barədə məlumat yayıb

02.08.2019

13:50

Sabunçu rayonunun R.Rüstəmov küçəsində zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildiriblər ki, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən “Opel” markalı minik avtomobili digər nəqliyyat vasitəsilə toqquşaraq əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin yoluna çıxıb. Sonra isə “Opel” markalı minik avtomobili Qara Qarayev prospekti istiqamətində 49 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XJ 582 dövlət qeydiyyat nişanlı avtobusun qarşısına çıxaraq avtobusla toqquşub. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan yoxdur. Hazırda qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırma aparılır.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email