Bakı polisi: “Qanunsuz aksiyada 2 nəfərin xəsarət alması ilə bağlı deyilənlər yalandır

12.02.2020 Off By admin

Fevralın 11-də Mərkəzi Seçki Komissiyasının qarşısında keçirilən qanunsuz aksiyada Ərzulla Buludlunun və Rəbiyyə Məmmədovanın xəsarət alması bağlı deyilənlər əsasızdır.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlama verən Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, polisin təşəbbüsü ilə hər iki şəxs müvafiq həkim müayinəsindən keçirilib, onlarda hər hansı xəsarət faktı aşkarlanmayıb.