Bakı və Abşeronda aztəminatlı ailələrə ərzaq bağlamalarının çatdırılmasına başlanıb

Bakı və Abşeronda aztəminatlı ailələrə ərzaq bağlamalarının çatdırılmasına başlanıb

14.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Həftəlik tələbatı ödəyəcək ərzaq bağlamalarının Bakı və Abşeronda aztəminatlı ailələrə çatdırılmasına başlanıb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, aksiyanın reallaşdırılmasına qoşulan sahibkarlar bu təşəbbüsə hər cür dəstək verirlər. Belə ki, “Azərmaş” ASC ərzaq bağlamalarının çatdırılması üçün xüsusi avtomobillər ayırıb, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının könüllüləri isə həftəlik ərzaq bağlamalarını karantin rejimi tələblərinə tam əməl etməklə aztəminatlı ailələrə çatdırmağa yardım edirlər.

Sosial aksiya 500 ailəni (təxminən 2 000 nəfəri) əhatə edəcək. Sahibkarlar və İqtisadiyyat Nazirliyi sosial aksiyanı həftəlik olmaqla bütün karantin dövründə həyata keçirəcək.

Share