Bakıda 39 yaşlı qadını avtomobil vurub
05.01.2020Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, qəza Zabrat qəsəbəsində qeydə alınıb.
Minik avtomobili yolu keçmək istəyən 1981-ci il təvəllüdlü İsmayılova Cəmilə Tariyel qızını vurub.
Yaralı 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Ona sağ diz oynağının əzilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.