Bakıda 4 yaşlı uşaq ikinci mərtəbədən yıxılıb

Bakıda 4 yaşlı uşaq ikinci mərtəbədən yıxılıb

14.08.2019

0:34

Nəsimi rayonunda nəzarətsiz qalan uşaq ikinci mərtəbədən yerə yıxılıb.

APA xəbər verir ki, hadisə Hənifə Ələsgərova küçəsində baş verib.

Belə ki, 2015-ci il təvəllüdlü Hüseyn Məhərrəmov yaşadığı evin pəncərəsindəki tora toxunub. Nəticədə valideyn nəzarətindən kənar olan uşaq binanın ikinci mərtəbəsindəki pəncərədən yerə yıxılıb. O, özəl xəstəxanaların birinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, vəziyyəti ağırdır.
Nurlan Əli

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email