Bakıda 63 yaşlı qadını maşın vurub öldürdü

Bakıda 63 yaşlı qadını maşın vurub öldürdü

18.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Abşeron rayonunda ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Mehdiabad-Pirşağı yolunda qeydə alınıb.

Belə ki, Abşeron sakini Ağarəhim İbrahimov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçən piyada 1957-ci il təvəllüdlü Mirvari Məmmədovanı vurub.

Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Share