Bakıda avtomobildən 70 minə yaxın aksiz markasız siqaret götürülüb

Bakıda avtomobildən 70 minə yaxın aksiz markasız siqaret götürülüb

14.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Gömrükçülər ölkəmizə qanunsuz yolla gətirilən külli miqdarda tütün məmulatının realizə edilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən APA-ya verilən xəbərə görə, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə bir qrup şəxsin qanunsuz yolla ölkə ərazisinə gətirdiyi tütün məmulatının satışının təşkil edilməsi barədə məlumat daxil olub.

Həmin məlumat əsasında, “Mercedes-Benz E 220 CDI” markalı avtomobil Bakı şəhəri, Qaradağ rayonu ərazisində saxlanılıb. Avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin salonunda 2 ədəd, yük yerində isə 3 ədəd qutuda aksiz markasız siqaretlərin olduğu müəyyən edilib.

Daha sonra Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə gətirilən avtomobilə təkrar baxış keçirilib. Baxış zamanı avtomobildəki qutularda, ümumilikdə 69800 ədəd xaricdə istehsal olunan, aksiz markasız müxtəlif adda siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Share