Bakıda bütün marşrut avtobusları dezinfeksiya məhlulları ilə təmin edilib

Bakıda bütün marşrut avtobusları dezinfeksiya məhlulları ilə təmin edilib

09.04.2020 Off By admin

[ad_1]

Bakı. Samir Əli – Trend:

Bakıda fəaliyyət gösətərən bütün marşrutlar üzrə hərəkətdə olan sərnişin avtobusları dezinfeksiya məhlulları ilə təmin edilib.

Bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, bütün sərnişin avtobuslarında spirt və digər dezinfeksiyaedici məhlullar var:

“Avtobusların hər biri sonuncu dayanacaq nöqtəsinə çatan kimi onlara baxış keçirilir, dezinfeksiya qabları doldurulur. Bəzi marşrut xətlərində haqlı olaraq sərnişinlər bu məhlullardan çox istifadə edir deyə, avtobus sonuncu dayanacağa çatana qədər həmin məhlullar qurtarır. Amma avtobus hər dəfə sonuncu dayanacağa çatan kimi qablar yenidən doldurulur. Hər bir avtobus gün ərzində nə qədər fəaliyyət göstərirsə, sona qədər həmin qablar doldurulur”.

Share